EN

Gürcüstanın qərb bölgəsində yağan ilk qar bir sıra problemlər yaradıb

Tbilisi, 22 sentyabr, AZƏRTAC

Gürcüstanın Acarıstan və Svaneti bölgələrində yüksək dağlıq ərazilərində ilk qar yağıb. AZƏRTAC xəbər verir ki, sosial şəbəkələrdə qarla örtülmüş mənzərənin fotoları yayılıb.

Xulo bələdiyyəsinin kəndlərində, o cümlədən Qoderdzi aşırımında və Beşumidə qarın qalınlığı 5 santimetrə çatıb.

Yerli sakinlərin sözlərinə görə, onlar qarın belə tez yağacağını gözləmirdilər və hələ məhsulu biçməyiblər. Bu da bir sıra problemlər yaradıb.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Chosen
33
1
azertag.az

2Sources