EN

Əli Fədavi: 12 günlük müharibədə həlak olanların 60 faizi Sepah üzvüdür

İsrail və İran arasında 12 günlük müharibəsində həlak olanların 60 faizi İnqilab Keşikçiləri Qvardiyasının (Sepah) üzvləri olub.

Adalet.az qvardiyanın teleqram kanalına istinadən xəbər verir ki, bunu Sepahın baş komandanının müavini Əli Fədavi bildirib.

Xatırladaq ki, İran-İsrail müharibəsi 2025-ci il iyunun 13-də İsrailin İslam Respublikasının hərbi, nüvə obyektlərinə və hərbi rəhbərliyinə hücumla başlayıb. Ölənlər arasında İran Silahlı Qüvvələri Baş qərargahının rəisi Məhəmməd Baqeri də olub. O, bundan əvvəl Sepahın baş komandanı kimi xidmət etmişdi.

Chosen
1
3
adalet.az

4Sources