EN

Şənbə və bazar günlərində 81 cinayətin açılması təmin olunub

Xalq qazeti saytından alınan məlumata görə, ain.az bildirir.

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə,  sentyabrın 20-də və 21-də ölkə ərazisində qeydə alınan 77, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 56, o cümlədən borclu şəxs qismində axtarışda olan 26 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 39, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 13 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 74 nəfər saxlanılıb.

Eyni zamanda həmin günlərdə polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 13 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Nurəngiz AdilqızıXQ

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
4
10
xalqqazeti.az

10Sources