EN

Paşinyan “Dördüncü Ermənistan Respublikası”nı ELAN ETDİ

Ermənistanda “Dördüncü Ermənistan Respublikası” yaradılıb.

İnterpress.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Ermənistanın hakim “Mülki Müqavilə” partiyasının qurultayında baş nazir Nikol Paşinyan strateji məqsəd kimi “Dördüncü Ermənistan Respublikasının” yaradıldığını bəyan edib.

Onun sözlərinə görə, yeni mərhələ ölkə üçün yeni Konstitusiya və yeni başlanğıc deməkdir. Lakin müxalifət və ekspertlər bu şüarın arxasında hansı məna daşıdığını sorğulayırlar.

Paşinyan çıxışında İkinci və Üçüncü Respublikaları – yəni Ermənistanın müstəqillik əldə etdiyi, sənaye və mədəniyyətin inkişaf etdiyi, Qarabağ uğrunda mübarizə və dövlət institutlarının formalaşdığı dövrləri – “saxtakarlıq”, “korrupsiya” və “məğlubiyyətlər” dövrü adlandırıb.

Tənqidçilər isə bildirirlər ki, məhz həmin mərhələlərdə Ermənistan dövlətçiliyinin əsası qoyulub, beynəlxalq sərhədlər tanınıb, institutlar formalaşıb və milli kimlik güclənib.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
1
interpress.az

1Sources