EN

Netanyahu Fələstini tanıyanları hədələdi

İsrailin baş naziri Benyamin Netanyahu bəyan edib ki, gələn həftə Fələstini dövlət kimi tanıyan ölkələrə cavab veriləcək.

Baş nazir qeyd edib ki, "Heç vaxt Fələstin adında dövlət yaradılmayacaq".

"Gözləyin. Biz ABŞ-dan qayıdan kimi, son vaxtlar bizə terror dövlətini calamaq istəyənlərə cavab veriləcək"- deyə Netanyahunun köməkçisi Dmitri Qendelman bəyan edib.

 Xatırladırıq ki, daha əvvəl Portuqaliya, Kanada, Avstraliya və Böyük Britaniya hakimiyyətləri, Fələsini dövlət kimi tanıyacaqlarını  bəyan etmişdilər.  Fransa prezidenti Makron da bildirib ki, ölkəsi yaxın günlərdə Fələstin dövlətini tanıyacaq.

 Rüstəm Hacıyev

Chosen
2
adalet.az

1Sources