EN

Azərbaycan taekvondoçuları Polşada 3 medal qazanıblar



Azərbaycanın taekvondo üzrə böyüklərdən ibarət millisinin üzvləri Polşada keçirilən "Polish Open" beynəlxalq turnirində 3 medal qazanıblar.

Bu barədə aia.az-a Taekvondo Federasiyasının mətbuat xidmətindən bildirilib.

Komandamızın üzvü Minayə Əkbərova (46 kq) bütün rəqiblərini üstələyərək qızıl medal qazanıb. Millimizin üzvləri Qaşim Maqomedov (63 kq) və Cavad Ağayev (80 kq) isə bürünc medallara sahib çıxıblar.

aia.az



Chosen
13
10
aia.az

10Sources