EN

Ancelina Coli artıq ABŞ-ni tanımadığını bəyan etdi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Hollivudun məşhur aktrisası Ancelina Coli San-Sebastyan film festivalında səhnəyə çıxaraq sərt bəyanat verib. O, ifadə azadlığının məhdudlaşdırılmasına qarşı çıxdığını bildirərək, Amerika Birləşmiş Ştatlarının indiki halını qəbul etmədiyini vurğulayıb.
Oxu.Az bu barədə Gazeta.ru-ya istinadla xəbər verir.
50 yaşlı aktrisa bu açıqlamanı İspaniyada yeni "Couture" filminin təqdimatı zamanı səsləndirib.
"Şəxsi özünüifadəni və azadlıqları məhdudlaşdıran, bölən hər şey, məncə, çox təhlükəlidir", - deyə aktrisa qeyd edib.
Coli ABŞ-dəki siyasi böhrandan danışaraq, bunun ölkə üçün çox çətin dövr olduğunu bildirib:
"Hazırda mən öz ölkəmi tanımıram. Mən həmişə xaricdə yaşamışam, ailəm beynəlmiləldir. Həyatım və dünyagörüşüm bərabərlik üzərində qurulub".
Onun bu fikirləri qısa müddətdə sosial mediada müzakirələrə səbəb olub. Bəziləri Colinin sözlərini dəstəkləyib, digərləri isə sərt tənqid ediblər.
Chosen
2
oxu.az

1Sources