EN

Ermənistan müdafiə naziri: "ABŞ, Fransa və Yunanıstandan məsləhətlər alırıq"

Ermənistan

"Ermənistan Müdafiə Nazirliyi ABŞ, Fransa və Yunanıstandan ixtisaslaşmış məsləhət xidməti alır".

Bunu ölkənin müdafiə naziri Suren Papikyan NATO-nun Parlament Assambleyasının "Rose-Roth" seminarında deyib.

"Bu gün Müdafiə Nazirliyi daimi əsasda ABŞ və Fransadan ixtisaslaşmış peşəkar məsləhət yardımı alır. Yunanıstan da bir sıra istiqamətlərdə bizə kompleks yardım göstərir", - o qeyd edib.

Nazirin sözlərinə görə, hazırkı mərhələdə səylər yeni model və meyarlarla strateji sənədlərin hazırlanmasına, təhsil və təlim imkanlarının inkişafına yönəlib.

S.Papikyan deyib ki, Ermənistan həmçinin ordunun müasir silah və texnika ilə təchiz edilməsi üzərində işləyir. Bu, hökumətin silah alışı bazarlarının şaxələndirilməsi siyasəti sayəsində mümkün olub(Report).
Chosen
3
2
reyting.az

3Sources