EN

"Azəralüminium"un ixrac gəlirləri azalıb

Cari ilin yanvar–iyul aylarında qeyri-neft sektoru üzrə dövlətə məxsus əsas ixracatçı subyektlərin reytinqində yer alan "Azəralüminium" MMC 76,7 milyon ABŞ dolları dəyərində ixrac həyata keçirib.

"Valyuta.az" xəbər verir ki, ötən ilin eyni dövründə şirkətin ixrac gəlirləri 83,8 milyon ABŞ dolları təşkil edib.

Beləliklə, "Azəralüminium" MMC-nin ixracdan gəlirləri illik müqayisədə 7,1 milyon ABŞ dolları və ya 8,2% azalıb.


Chosen
1
1
azia.az

2Sources