EN

"Ödənişli avtobus zonaları ilkin olaraq bu ərazilərdə tətbiq olunacaq” – AYNA

“Ödənişli zonalar məsələsi yeni deyil. İnkişaf etmiş ölkələrdə də bu sistem var”.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev jurnalistlərin suallarını cavablandırarkən bildirib.
 

Onun sözlərinə görə, yeni yanaşma ilkin olaraq Bakı, Sumqayıt, Gəncə, Naxçıvan, Xankəndi şəhərlərinin və Abşeron, Ağdam, Şuşa, Laçın rayonlarının inzibati ərazilərində nağdsız ödəniş sisteminə keçirilmiş sıxılmış təbii qazla və elektrik mühərriki ilə təchiz edilmiş avtobuslara tətbiq ediləcək.


“Gəncə şəhərinin inzibati ərazisinə münasibətdə, həmçinin istehsal tarixi 2025-ci il yanvarın 1-dən sonra olan dizel mühərrikli avtobusların sistemin əhatə dairəsinə daxil edilməsi nəzərdə tutulub. Gün ərzində ətraf ərazilərdən Bakıya 300 mindən çox avtomobil daxil olur. Bunlardan 100 mindən çoxu Sumqayıt-Xırdalanın payına düşür. 200 min avtomobil isə ətraf ərazilərdən Bakı şəhərinə daxil olur”.

Bizim.Media

Chosen
4
15
bizim.media

10Sources