Sentyabrın 22-si saat 10:00-a olan məlumatlara görə, ölkənin bəzi bölgələrində arabir şimşək çaxıb, leysan xarakterli yağış yağıb. Lənkəran-Astara zonasında yağışlar intensiv və güclü olub.
Doğru.az xəbər verir ki, düşən yağıntının miqdarı Astarada 113 mm, Yardımlıda 62 mm, Lerikdə 42 mm, Lənkəranda 33 mm, digər rayonlarda isə 9-19 mm arasında dəyişib. Bakıda və Abşeron yarımadasında isə 1 mm-ə qədər yağıntı qeydə alınıb.
Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, yağıntılı hava şəraiti sentyabrın 22-si axşamadək davam edəcək, 23-də isə ölkənin əksər rayonlarında hava əsasən yağmursuz olacaq.
DOĞRU.AZ