EN

13 yaşlı İbrahimin dəstəyinizə ehtiyacı var FOTO

Olke.az saytına istinadən ain.az xəbər verir.

14 yaşlı İbrahimin yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.

Bu barədə Ölkə.Az-a onun anası Nəzakət Abdullayeva məlumat verib. O bildirib ki, övladı anadangəlmə serebral iflic xəstəliyindən əziyyət çəkir:

"İbrahimin 14 yaşı var. O, anadangəlmə serebral iflic xəstəliyindən əziyyət çəkir. Doğulduğu gündən vəziyyəti ilə bağlı daim müalicələr və masajlara aparmışıq. Hazırda uşağın vəziyyəti lap ağırlaşıb, qıcolmaları artıb. İbrahim 3 və 13 ayşlarında əməliyyat keçirib. Hazırda müaslicəsi davam edir"      .

Gənc ana İbrahimdən başqa, üç uşağının olduğunu deyib:

"Bizim İbrahimdən başqa, daha üç uşağımız var. Mən uşağın vəziyyətinə görə işləyə bilmirəm. Yoldaşım isə günü 15 manata fəhləlik edirdi. Hazırda onun da səhhətində ciddi problemlər yaranıb, işləyə bilmir. Vəziyyətimiz çox ağırdır. Sağ olsun, dövlətimiz də əlliyə görə pul verir, amma həm xəstə uşaq, həm gündəlik xərcləri qarşılamaq, inanın, o məbləğlə imkansızdır. Yardımsevər şəxslərdən bizə dəstək olmağı xahiş edirəm".

Ailə ilə əlaqə: (055) 271-25-24.

Azərbaycan Beynəlxalq Bankı (ABB): 5522 0993 6891 5054.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
6
1
olke.az

2Sources