EN

Ukrayna dronları Rusiyanın mühüm obyektlərinə zərbələr endirib

Ukrayna

Ukrayna dronları Rusiyanın Krasnodar diyarında Kanevskaya dartma yarımstansiyasına zərbələr endirib.

Reyting.az
-ın məlumatına görə, Rusiyanın “Teleqram” kanalları yerli mənbələrə istinadla bildirirlər ki, ən azı beş partlayış qeydə alınıb.

Yarımstansiya dəmir yoluna elektrik enerjisi verir, lokomotivlər üçün gərginliyi çevirir və paylayır. O, sərnişin və yük qatarlarının hərəkətini dəstəkləyir və Rusiya dəmir yolu infrastrukturunun mühüm hissəsidir.

Bundan əlavə, Slavyansk-Kuban və Yaroslavldakı neft emalı zavodlarının yaxınlığında da partlayışlar qeydə alınıb.

ELÇİN
Chosen
10
reyting.az

1Sources