EN

“Laçınlılar ittiham olunmalı deyil...” Sabiq alay komandiri OD PÜSKÜRDÜ

Adelet.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

“Belə bir deyim var, qurdlar ölüb , itlərin bayramıdı. Laçınlıları namərdcəsinə qorxaqlıqda ittiham edənlər varmış. Çingiz Mustafayevin çəkilişləri paylaşılır. O çəkilişlərdə deyilən sözlər laçınlılara yox , Laçından qaçıb Laçını Ermənistan kimi bir ölkə ilə təkbətək buraxanlara ünvanlanıb. Susurdum, başlamağa məcbur edirlər”.

Adalet.az xəbər verir ki, bunu  keçmiş Laçın alayının komandiri, istefada olan polkovnik Arif Paşa deyib. 

O, deyib ki, Laçın və laçınlılar vətən uğrunda sona kimi - təklikdə bir respublikanın və keçmiş DQMV ərazisində yaradılmış qondarma qurumun silahlı qüvvələri ilə döyüşdülər:

“Laçın Azərbaycan uğrunda döyüşürdü! Amma Laçına , laçınlılara , Azərbaycana xəyanət edənlər Laçını və Laçınlıları o ağır gündə düşmənlə mübarizədə tək buraxıb qaçanlar idi! Laçınlılar ittiham olunmalı deyil və oluna da bilməzlər. Kimsənin buna haqqı yoxdur. 

Laçınlılar ittiham etməli idi, bizi döyüş meydanında tək qoyduqları üçün. Laçını tərk edib qaçdıqları üçün. Laçına xəyanət etdikləri üçün! Etmədik. Səhvimiz varsa, o da bu imiş deyəsən. Yoxsa, indi qabaqdangəlmişlik edənlər meydan sulamazdı. 

P.S. Laçının işğalı öz həqiqi əksini rəhmətlik Seyidağa Möhsümlünün çəkilişlərində tapıb”.

Vasif ƏLİHÜSEYN

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
19
1
adalet.az

2Sources