EN

Kərim Vəliyev Belarusa getdi

Azərbaycan Ordusunun Baş Qərargah rəisinin Belarusa işgüzar səfəri başlayıb.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin Belarus Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi – müdafiə nazirinin birinci müavini general-mayor Pavel Muraveykonun dəvəti ilə bu ölkəyə işgüzar səfəri başlayıb. 

Səfər çərçivəsində general-polkovnik K.Vəliyevin belaruslu həmkarı ilə görüşü nəzərdə tutulub.

"Cebheinfo.az" 

Chosen
9
36
cebheinfo.az

10Sources