EN

Azərbaycanda vəzifəsini itirən baş məşqçi xeyli puldan imtina elədi

“Kəpəz” baş məşqçi Adil Şükürovla yollarını ayırıb.

Bu barədə klubun yaydığı açıqlamada bildirilib.

Mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Gəncə təmsilçisi Adil Şükürova xidmətlərinə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Açıqlamada qeyd olunub ki, qarşıdakı günlərdə baş məşqçi məsələsi ilə bağlı ictimaiyyətə və mətbuata əlavə məlumat veriləcək.

Burada vidanın detalları barədə rəsmi informasiya yoxdur. Bizdə isə müəyyən bilgilər artıq var.

Dünən növbəti dəfə klub funksionerləri ilə görüşən çalışdırıcı pul məsələsində güzəştə gedib. İyunda 2+1 illik müqavilə imzalamış mütəxəssis ona çatmalı

olan vəsaitin böyük hissəsindən imtina edib. “Sarı-göylər“ Şükürova və köməkçilərinə yalnız 6 aylıq maaş miqdarında ödəmə eləyəcək.

Adıçəkilən sükançının aylıq məvacibinin 9000 manat civarında olmasını xatırladaq.

"Kəpəz" A.Şükürovun rəhbərliyi altında bu mövsüm Premyer Liqada keçirdiyi 5 oyunun hamısında uduzub və hazırda turnir cədvəlində 12 komanda arasında sonuncu yeri tutur.

Adil Şükürov Premyer Liqanın 5-ci turunda “Qəbələ”yə 0:3 hesabı ilə uduzduqları matçdan sonra azarkeşlərlə mübahisə etməsi ilə gündəmə gəlmişdi.

SPORTİNFO.AZ

Chosen
5
sportinfo.az

1Sources