EN

Bu gün payız fəsli başlayacaq

ain.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Sentyabrın 22-si saat 22:19-da ölkəmizə payız fəsli qədəm qoyacaq. Bu barədə BDU-nun Astrofizika kafedrasından məlumat verilib.

Bu gün gecə ilə gündüz bərabərləşəcək və Günəş düz şərqdə doğub, qərbdə batacaq. Günəş ekliptika üzrə hərəkət edib ekvatoru kəsərək, Şimal yarımkürəsindən Cənub yarımkürəsinə keçəcək. Artıq Şimal yarımkürəsində payız, Cənub yarımkürəsində yaz fəsli başlayacaq. Payız fəslinin uzunluğu 89 gün 20 saat 43 dəqiqə 45 saniyə olacaq.

Ü.QarayevXQ

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
7
49
xalqqazeti.az

10Sources