EN

Bakıda ictimai nəqliyyatda gedişhaqqı: təqaüdçü və tələbələrə güzəşt olacaq

ain.az, Mia.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı şəhərində sərnişindaşımada tamamilə nağdsız ödənişə keçiddən sonra təqaüdçülər, tələbələr üçün güzəştlər mümkün olacaq.

Mia.az xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev Prezident İlham Əliyevin avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımalarının təkmilləşdirilməsinə dair fərmanından irəli gələn məsələlərə həsr olunan brifinqdə deyib.

Onun sözlərinə görə, ümumiyyətlə ictimai nəqliyyatda tam nağdsız sistemə keçiddən sonra yeni tarif menyusunun tətbiqi mümkün olacaq.

"Hazırda sərnişin bir avtobusdan digərinə keçid zamanı əlavə olaraq 50 qəpik ödəməyə məcbur qalır ki, bu da əlavə xərclərə səbəb olur:

Hədəfimiz bir saat ərzində aktiv olacaq bilet sistemini tətbiq etməkdir. İlkin mərhələdə planımız budur. Lakin nəzərə almaq lazımdır ki, avtobuslar hər yerdən hər yerə hərəkət etmir, sərnişinlər əvvəlcə hablara daşınır, sonra digər istiqamətlərə yola düşür. Bu səbəbdən vətəndaş hazırda iki dəfə ödəniş etməli olur", - deyə o əlavə edib.

A. Rzayev bildirib ki, paytaxtda elə avtobuslar da mövcuddur ki, onların texniki xüsusiyyətləri nağdsız ödəniş aparatının quraşdırılmasına imkan vermir: "Buna görə də bizə lazımdır ki, operatorlar yeni avtobuslar gətirsinlər. Biz müsabiqə keçirək, onlar qalib gəlsinlər və nəticədə həmin nəqliyyat vasitələrinə bu aparatları quraşdıra bilək. Yeni fərman isə şübhəsiz ki, bu prosesi sürətləndirəcək"(Report).

MİAA.Z

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
3
10
mia.az

10Sources