EN

Azərbaycanın Baş Qərargah rəisi Belarusa gedib

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin Belarus Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi – müdafiə nazirinin birinci müavini general-mayor Pavel Muraveykonun dəvəti ilə bu ölkəyə işgüzar səfəri başlayıb.

Aktual.az  xəbər verir ki, bu barədə Azərbaycan MN məlumat yayıb.

Səfər çərçivəsində general-polkovnik K.Vəliyevin belaruslu həmkarı ilə görüşü nəzərdə tutulub.

Chosen
13
36
ulusum.az

10Sources