EN

Türkiyənin İstanbul şəhərində Azərbaycan məktəbiAÇILACAQ - RƏSMİ

Türkiyənin İstanbul şəhərində Azərbaycan məktəbi açılacaq.

Redaktor.az xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev Bakı Türk Anadolu Liseyi Əhmədli filialının açılışı zamanı bildirib.

O bu təşəbbüs üçün Tofiq və Rüstəm bəyə dərin təşəkkürünu bildirib:

"Çox qısa zaman ərzində İstanbul kimi sıx və böyük bir şəhərdə məktəb binasını Azərbaycan Təhsil Nazirliyinə təqdim etdilər. Bu, bizim üçün bir ilk olacaq. Çünki təcrübəmizdə ilk dəfə ölkədən kənarda bir məktəbin, yəni Azərbaycan məktəbinin fəaliyyətini quracağıq və sevinirik ki, bu ilk olaraq məhz Türkiyədədir. Eyni zamanda inanıram ki, bu, İstanbulda yaşayan Azərbaycan vətəndaşları üçün çox yaxşı bir imkan yaradacaq. Bəzi insanlar bəlli bir dövrdə əmək fəaliyyəti və ya digər səbəblərdən qardaş Türkiyədə yaşayır və bu, Azərbaycan və Türkiyə təhsil sistemləri arasında dostluğu daha da möhkəmləndirəcək".

Chosen
6
redaktor.az

1Sources