Şəmkirdə yol nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə Şəmkir-Gədəbəy yolunda, rayonun Yasamal adlanan ərazisində qeydə alınıb. Hərəkətdə olan "VAZ 21015" ilə yük maşını toqquşub. Qəzada 3 nəfər xəsarət alaraq xəstəxanaya yeləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
"Cebheinfo.az"