EN

Rubinyan: Bakı və İrəvan arasında sülh sazişi tezliklə imzalanmalıdır

BAKI, 22 sentyabr. TELEQRAF

Ermənistanla Azərbaycan arasında sülh sazişi mümkün qədər qısa müddətdə imzalanacaq və ratifikasiya olunacaq.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan İrəvanda keçirilən NATO Parlament Assambleyasının 108-ci "Rouz-Rot" seminarında çıxışı zamanı bildirib.

O qeyd edib ki, bu gün keçmiş münaqişələrin həlli və sülh, dostluq əsaslı gələcək qurmaq üçün tarixi imkan mövcuddur.

Ruben Rubinyan Türkiyə ilə münasibətlərə də toxunaraq bildirib ki, bu, Ermənistanın xarici siyasət prioritetlərindən biridir və dostluq münasibətləri qurmaq üçün yaranmış tarixi fürsət qaçırılmamalıdır.

"Münasibətlərin normallaşdırılması yalnız regionda sabitlik və rifah gətirməyəcək, həm də qlobal təhlükəsizliyin güclənməsinə xidmət edəcək. Türkiyə Ermənistanın diplomatik münasibətləri mümkün qədər tez bərpa etməyə və sərhədləri açıq saxlamağa hazır olmasına cavab verəcək".

Ölkə rəsmisi əlavə edib ki, Ermənistanın təhlükəsizlik strategiyası uzun illər yalnız bir qütbdən asılı olub, bu isə bir sıra problemlər yaradıb və hazırda strategiyanın şaxələndirilməsi istiqamətində iş aparılır.

Chosen
22
6
teleqraf.com

10Sources