EN

Yasəvi adına Beynəlxalq Qazax-Türk Universitetində görüş

21 sentyabr 2025-ci il tarixində Türk Mədəniyyəti və İrsi Fondunun təşəbbüsü ilə ICESCO-nun Baş direktoru Dr. Salim bin Məhəmməd əl-Malik Türkistana səfəri çərçivəsində Xoca Əhməd Yəsəvi adına Beynəlxalq Qazax-Türk Universitetində ilahiyyat fakültəsinin professor-müəllim heyəti və tələbələri ilə görüş keçirib.

Publika.az xəbər verir ki, görüş zamanı elm və təhsil sahəsində əməkdaşlıq imkanları, gənc nəslin dini-mənəvi dəyərlər ruhunda tərbiyəsi və gələcək birgə layihələr barədə ətraflı fikir mübadiləsi aparılıb. Tələbələr Dr. Salim əl-Malikin təcrübəsi və fikirlərindən faydalanaraq, onların suallarına cavab alıblar.

Daha sonra qonaqlar "Divani Lüğət it-Türk" adlı Beynəlxalq Sərgi ilə tanış olublar. Sərgidə nadir eksponatlar, tarixi əlyazmalar və XI əsrə aid türklərin mədəni quruculuq aspektini əks etdirən əşyalar təqdim olunub. Qeyd etmək lazımdır ki, sərgi 10 iyun 2025-ci ildə universitetdə Türk Mədəniyyəti və İrsi Fondu ilə Türküstan vilayəti Akiminin birgə əməkdaşlığı ilə açılıb.

Chosen
14
5
publika.az

6Sources