EN

Azərbaycanlı hücumçu dubl etdi, oyunun ən yaxşısı oldu

Fanat portalından alınan məlumata görə, ain.az xəbər verir.

Futbol üzrə Qırğızıstan Premyer Liqasında 19-cu turun oyunları keçirilib.

Fanat.Az xəbər verir ki, azərbaycanlı hücumçu Orxan Əliyevin formasını geyindiyi "Ozqon" da növbəti matçına çıxıb.

Sözügedən kollektiv "Neftçi"ni (Koçkor-Ata) qəbul edib və 3:2 hesablı dramatik qələbəyə sevinib. Əliyev 53-cü dəqiqədə hesabı bərabərləşdiribsə, 90-cı dəqiqədə penaltini dəqiq yerinə yetirərək komandasının qələbə qolunun müəllifi olub. Bu qarşılaşmada özünü yaxşı tərəfdən göstərən həmyerlimiz oyunun ən yaxşı futbolçusu seçilib. 

Qeyd edək ki, hazırda 25 xalı olan "Ozqon" çempionatın turnir cədvəlində 8-ci pillədə mövqe tutub.

Nihat

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
10
1
fanat.az

2Sources