EN

Direktor: Azərbaycan 20 ildir tarixin qalib gələn tərəfindədir

Azərbaycan çox az ölkələrdən biridir ki, müsbət tendensiyaya malikdir.

APA xəbər verir ki, bunu İtaliyanın Strateji və Beynəlxalq Araşdırmalar Universitetinin direktoru Raffaele Marketti I Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda deyib.

“Azərbaycan 20 ildir ki, tarixin qalib gələn tərəfindədir”, - o vurğulayıb.

Raffaele Marketti qeyd edib ki, Azərbaycan Rusiya və İranla əlaqələrini stabil saxlamalı və pozmamalıdır: “Gələcəkdə bir çox çağırışlar ola bilər. Azərbaycan geosiyasi çağırışları nəzərə almalıdır ki, qlobal iqtisadiyyatda öz yerini tutsun”.

Chosen
9
2
apa.az

3Sources