EN

Ancelina Coli gecəyə damğa vurdu: “Ölkəmi tanıya bilmirəm”

Hollivudun əfsanəvi ulduzu Ancelina Coli İspaniyada keçirilən "San Sebastian Beynəlxalq Film Festivalı"nda qırmızı xalçaya damğa vurub.

Sherg.az xəbər verir ki, 50 yaşlı Coli qara məxmər uzun libası ilə sanki zamana meydan oxuyub. Cəsur dərin dekolteli, bədənə oturan zərif kəsimli və Köhnə Hollivud ihtişamını müasir bir toxunuşla birləşdirən tərzi ilə gecənin ən çox danışılan siması olub.


Məşhur aktrisa bal rəngli saçlarını açaraq təbii dalğalı görünüşə üstünlük verib. Qırmızı dırnaq boyası və sadə zinət əşyaları arasında diqqət çəkən yeganə aksesuarı isə barmaqlarındakı parlaq daşlı üzük olub.

Canlı makiyajı, parlaq dodaqları və işıltılı baxışları ilə Coli gəncliyindən heç nə itirmədiyini bir daha sübut edib.

Festival çərçivəsində keçirilən mətbuat konfransında Coli yalnız gözəlliyi ilə deyil, sözləri ilə də gündəm yaradıb. “Ölkəmi sevirəm, amma artıq tanıya bilmirəm,” deyən ulduz ABŞ-də ifadə azadlığının təhlükə altında olduğuna diqqət çəkib.

“İstənilən ayrı-seçkilik, şəxsi ifadə və azadlıqların məhdudlaşdırılması çox təhlükəlidir. Bunlar çox ciddi zamanlardır, hamımız birlikdə yaşayırıq” sözləri ilə salondan alqış qazanıb.

Colinin bu çıxışı, son günlərdə mühafizəkar aktivist Çarli Kirkün öldürülməsinin ardından ABŞ-də alovlanan senzura müzakirələri ilə də əlaqəli şəkildə şərh edilib. Xüsusilə Cimmi Kimmelin proqramının efirdən çıxarılması sonrası Hollivudda başlayan etirazlara Ancelina Coli də güclü bir səs verib.
Chosen
22
1
sherg.az

2Sources