EN

“Turan Tovuz” rəsmisi: “Günah tək məşqçilərdə deyil…”

futbolpress-az portalından alınan məlumata görə, ain.az xəbər verir.

“Turan Tovuz” Premyer Liqanın V turunda “Sabah”a uduzub – 0:2. Klubun İdarə Heyətinin üzvü Yaşar Sultanov “Futbolpress.az“a açıqlamasında nəticəni şərh etdi:

“Çox bərbad, məzmunsuz, hiddətləndirici oyunun şahidi olduq. Milli fasilədən komandanın səmərəli istifadə edəcəyini gözləyirdik. Düşünürdük ki, komanda öz oyununu bərpa edəcək. Ancaq əksinə oldu. 5 turun ən pis oyunu “Sabah”a qarşı oldu. Bir həftə dayanmadan oynasalar belə bu komandanın qol vurması mümkün deyil. Səbəbini anlaya bilmirəm. Komanda yay hazırlığını yaxşı keçmişdi, amma indi bu vəziyyət çox acınacaqlıdır”.

Funksioner uğursuz nəticəyə səbəbkarın tək baş məşqçi Kurban Berdıyev olmadığını söylədi:

“Kifayət qədər peşəkar məşqçilərimiz var. Bugünkü vəziyyət üçün tənqid olunmaları normaldır. Azarkeşlər yaxşı oyun, yaxşı nəticə istəyir. Günah tək məşqçilərdə deyil, futbolçularda da problem var. Sanki meydana futbol oynamağa yox, gəzməyə çıxıblar. Çox rahatdırlar, məsuliyyəti hiss etmirlər. Hesab edirəm ki, məşqçilər korpusu qısa zamanda bir tədbir görər”.

Şahin Cəfərov

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
15
futbolpress.az

1Sources