EN

Hollivudun yeni KRALI: David Ellison kimdir?

Lent az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

42 yaşlı Devid Ellison Hollivuda sürətli girişi ilə gündəmdədir. 

Lent.az xarici mediaya istinadla xəbər verir ki, o, kino sahəsində milyardlarla dollar dəyərində yeni sövdələşmələrə imza atıb və film sənayesinin genişmiqyaslı yenidən qurulmasına start verib.

Ellison kino prodüseri, 2010-cu ildə yaratdığı “Skydance Media” şirkətinin qurucusu və baş icraçı direktorudur. Onun şirkəti “Maverick”, “Mission: Impossible – Dead Reckoning”, “The Gorge”, “Fountain of Youth” və “The Old Guard 2” kimi filmlərə imza atıb. O, “Oracle”ın həmtəsisçisi Larri Ellisonun oğludur və kino prodüseri Meqan Ellisonun qardaşıdır.

2025-ci ilin avqustunda Skydance və Paramount birləşərək Paramount Skydance Corporation adını aldı. Birləşmənin dəyəri 8,4 milyard dollar olaraq qiymətləndirilib. Devid Ellison yenilənmiş şirkətin rəhbəri olub və kontent istehsalında CGI, süni intellekt və interaktiv formatlara üstünlük verməyi planlaşdırır.

Ellison əvvəlcə Pepperdine Universitetində biznes oxuyub, daha sonra Cənubi Kaliforniya Kino Məktəbinə keçib. 2006-cı ildə təhsilini yarımçıq qoyaraq hərbi dram janrında Flyboys filmini maliyyələşdirib. Film kommersiya uğuru qazanmasa da, bir neçə ildən sonra Paramount ilə tərəfdaşlıq sazişi ona böyük uğur gətirib və True Grit filmi ilə tanınıb. O, uşaqlıqdan texnologiya və kinoya həvəs göstərib, yay aylarında Oracle üçün kod yazıb, kino biliklərini isə ailə dostu, Pixar-ın həmtəsisçisi Stiv Cobsdan alıb. 13 yaşında uçuş dərslərinə başlayıb, 16 yaşında isə Extra 300 akrobatik təyyarəsini idarə edib və bu hobbi gələcək studiyasının adı – Skydance – üçün ilham mənbəyi olub.

Devid Ellison daha genişmiqyaslı layihələr həyata keçirməyi və media imperiyasını böyütməyi planlaşdırır. Mətbuata görə, o, Warner Bros. Discovery-ni, yəni HBO və CNN-in sahibini almaq imkanını nəzərdən keçirir və bu əməliyyatın dəyəri təxminən 41 milyard dollar ola bilər. Skydance-Paramount birləşməsindən sonra şirkət ABŞ-da UFC yayım hüquqlarını əldə edib və Timoti Şalame ilə yeni filmin distribusiya tenderini qazanıb.

Bununla belə, bəzi sənaye nümayəndələri Ellisonun yanaşmasını riskli hesab edirlər, çünki xərclərin azaldılması planı kütləvi ixtisarlara səbəb ola bilər. Bundan başqa, siyasi narahatlıqlar da var. CBS News əməkdaşları Ellisonu yalançılıqda ittiham edib və keçmiş Tramp tərəfdarı Kennet Vaynşteynin ombudsman təyin olunmasının mediada siyasi qərəz yarada biləcəyini bildiriblər.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
9
1
lent.az

2Sources