EN

Marqarita Simonyan: “Ərim komadadır, özüm də xərçəngdən müalicə alıram”

“Rossiya Seqodnya” və RT telekanalının baş redaktoru Marqarita Simonyan xərçəng xəstəliyindən müalicə olunduğunu açıqlayıb. 

Bizim.Media xəbər verir ki, bu barədə o, özünün teleqram kanalında məlumat verib.

“Tiqran (Əri – red.) hələ də komadadır, mən isə xərçəngdən müalicə alıram”, – deyə Simonyan yazıb.

“Hər şeyim yaxşıdır” demək istərdim, amma yalan danışmaq istəmirəm”, - deyə jurnalist əlavə edib ki.

“Tezliklə məni parikdə görəcəksiniz,” – deyə o vurğulayıb.
 

RT-nin baş redaktoru “dəhşətli, ağır xəstəlik”lə bağlı əməliyyat keçirdiyini isə sentyabrın 7-də Vladimir Solovyovun “Axşam” proqramında açıqlamışdı. O, konkret diaqnozu dəqiqləşdirməyib.


Bununla yanaşı, Simonyan dəfələrlə çıxışlarında Azərbaycana qarşı açıq nifrətini nümayiş etdirib. O, Qarabağ mövzusunda təxribatçı fikirlər səsləndirib və ölkəmizə qarşı düşmən mövqeyini gizlətməyib. Eyni zamanda, Ermənistan baş naziri Nikol Paşinyanı da kəskin tənqid edir, ona şəxsi nifrətini gizlətmir.

Bizim.Media

Chosen
11
1
bizim.media

2Sources