Hərbi xərclərin artması NATO-nun təhlükəsizliyinə zəmanət vermir. Alyansın hazırkı əsas problemi maliyyə yox, şəxsi heyətin çatışmazlığıdır.
Herbiand.az bildirir ki, bu barədə Amerikanın “The National Interest” (TNI) nəşri yazıb.
Qeyd olunub ki, hərbi xidmət Avropa gəncləri üçün cəlbedici olmaqdan çıxıb, demoqrafik böhran isə kadr çatışmazlığını daha da artırıb: “NATO-nun hazırda regional müdafiə planlarını həyata keçirmək üçün hətta resursları belə yoxdur. 2022-ci ildə (1960-cı ildən bəri ilk dəfə) Aİ-də 4 milyondan az uşaq doğulub. Bu isə hərbi xidmətə çağırış sistemini birbaşa təhdid edir”.
Bəxtiyar CƏFƏRLİ