EN

“Rusiya-Ukrayna müharibəsi klassik müharibə anlayışını dəyişdi” - Hərbi ekspert

“Rusiya-Ukrayna müharibəsi klassik müharibə anlayışını dəyişdi”.

Hərbi ekspert Emil Həsənli News365.az-a açıqlamasında bildirib ki, avqustda keçirilən Rusiya–Amerika görüşündən sonra müəyyən dairələr razılaşma gözləsə də, bu, reallaşmadı. Onun sözlərinə görə, tərəflərin irəli sürdüyü şərtlər bir-birinə uyğun gəlmədiyindən kompromis mümkün olmadı:

“Ya Rusiya məğlub olmalıdır, ya da Ukrayna. Başqa halda müharibənin bitməsi real deyil. Söz üzərində sülh istənilir, amma böyük dövlətlərin siyasəti əksini göstərir”.

Ekspert qeyd edib ki, müasir texnologiyalar, xüsusilə pilotsuz uçuş aparatları, radio-elektron vasitələr və mobil hərbi hissələr döyüşlərin gedişatını dəyişib:

“44 günlük Vətən müharibəsi də dünyaya yeni hərbi nümunələr göstərdi. Azərbaycan ədalətli və qətiyyətli şəkildə necə qələbə qazanmağın modelini təqdim etdi. Bu gün dünya hərbi akademiyalarında bu təcrübə öyrənilir”.

E. Həsənli vurğulayıb ki, Rusiya-Ukrayna müharibəsi yalnız regionu deyil, bütün dünyada hərbi yanaşmanı dəyişib. Onun sözlərinə görə, son illərdə dövlətlərin hərbi büdcələrinə ayrılan vəsaitlər son yüz ilin rekord göstəricilərini əhatə edir:

“Avropa heç vaxt indiki qədər hərbiyə büdcə ayırmayıb. ABŞ və Rusiya da eyni şəkildə xərcləri artırır. Müharibəyə baxış dəyişib, dünya yeni silah texnologiyaları ilə yarışa girib”.

Chosen
2
news365.az

1Sources