ain.az bildirir, Oxu.az portalına istinadən.
İsrail Müdafiə Ordusu (SAXAL) Qəzza zolağında HƏMAS-ın Hərbi Dəniz Qüvvələrinin komandir müavininin məhv edildiyini açıqlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə SAXAL-ın mətbuat xidməti məlumat yayıb.
"İsrail Hərbi Hava Qüvvələri (Qəzza zolağındakı) mərkəzi düşərgələrə dəqiq zərbələr endirərək, HƏMAS-ın Hərbi Dəniz Polisinin komandir müavini İyad Əbu Yusifi öldürüb", - bəyanatda bildirilir.
İsrail ordusunun məlumatına görə, İyad Əbu Yusif HƏMAS-ın 7 oktyabr 2023-cü ildə həyata keçirdiyi qətliamda iştirak edib.
İsrail Qəzzada HƏMAS-ın komandir müavinini məhv etdi
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.