EN

Səudiyyə Ərəbistanı Qırmızı dənizdə $40 milyonluq villalar kompleksi tikəcək

Qırmızı dənizin Səudiyyə adalarından birində krallığın Dövlət İnvestisiya Fondu­na məxsus “Red Sea Global” şirkəti hər biri 40 milyon dollara qədər qiymətləndirilən elit villalar inşa edəcək. Layihənin məqsədi yerli daşınmaz əmlak bazarının inkişafını və xarici kapitalın cəlb olunmasını simvolizə edəcək nüfuzlu yaşayış kompleksi yaratmaqdır.

“Laheq Island” layihəsinin müəllifləri hesab edirlər ki, bu yanaşma vasitəsilə hakimiyyət turizm marağını artırmağı və varlı alıcıları ikinci və ya üçüncü ev almağa cəlb etməyi ümid edir. Layihəni kurasiya edən “Red Sea Global” nümayəndəsi Stiven Çizbro dəqiqləşdirib ki, mənzillərin qiyməti 1.5 milyon dollardan başlayır, elit malikanələrin qiyməti isə 40 milyon dollara çatır.

“Laheq Island” təxminən 400 hektar sahəyə malikdir. Onu ekoloji təmiz, “lüks sinif cənnət guşəsi” kimi abadlaşdırmaq planlaşdırılır. Adanın forması burada yüzlərlə ev, mənzil, idman klubları, çimərlik və iki otel yerləşdirməyə imkan verəcək. Adanın cənub hissəsinin artıq 2028-ci ildə açılması nəzərdə tutulur.

Tədqiqat şirkəti “Knight Frank”ın məlumatına görə, son altı ildə Səudiyyə Ərəbistanında mənzillərin qiyməti 96%, villaların qiyməti isə 53% artıb.

Bununla yanaşı, son 12 ayda əlçatanlığın azalması fonunda daşınmaz əmlak əməliyyatlarının aktivliyi aşağı düşüb. Vəliəhd şahzadə Məhəmməd bin Salman daha əvvəl belə şəhərlərdə, o cümlədən Ər-Riyadda yaşayış xərcləri ilə bağlı narahatlıqlar fonunda “daşınmaz əmlak qiymətlərinin qəbuledilməz artımını” dayandırmağa çalışacağını bəyan edib.

Chosen
1
banker.az

1Sources