Finss.az - Sentyabrın 30-da Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən ölçmə vasitələrinin yoxlanılması fəaliyyətini həyata keçirən fiziki şəxslərin növbəti attestasiyası keçiriləcək.
Attestasiya Komissiyası tərəfindən yoxlayıcıların peşə (təhsili və təcrübəsi) və nəzəri metrologiya bilikləri, kommunikasiya bacarıqları, ölçmələrin vəhdətinin təmin edilməsi sahəsində qanunvericilik aktları üzrə biliklərinin qiymətləndirilməsi aparılacaq.
“ÖlçmÉ™ vasitÉ™lÉ™rinin yoxlanılmasını hÉ™yata keçirÉ™n fiziki ÅŸÉ™xslÉ™rin attestasiyası Qaydaları”na É™sasÉ™n, ölçmÉ™ vasitÉ™lÉ™rinin yoxlanılması fÉ™aliyyÉ™tini hÉ™yata keçirÉ™n fiziki ÅŸÉ™xslÉ™r, elÉ™cÉ™ dÉ™ bu sahÉ™dÉ™ akkreditasiya olunan qurumların yoxlayıcı qismindÉ™ fÉ™aliyyÉ™t göstÉ™rÉ™n É™mÉ™kdaÅŸları attestasiya olunmaq mÉ™qsÉ™dilÉ™ 25 sentyabr 2025-ci il tarixinÉ™dÉ™k müvafiq É™rizÉ™ formasını (“ÖlçmÉ™ vasitÉ™lÉ™rinin yoxlanılmasını hÉ™yata keçirÉ™n fiziki ÅŸÉ™xslÉ™rin attestasiyası Qaydaları”na 1 nömrÉ™li É™lavÉ™) doldurmaqla Antiinhisar vÉ™ İstehlak Bazarına NÉ™zarÉ™t DövlÉ™t AgentliyinÉ™ birbaÅŸa É™rizÉ™, rÉ™smi internet sÉ™hifÉ™si (//competition.gov.az/az/page/muraciet/erize-sikayet-teklif) vÉ™ elektron poçt ([email protected]) vasitÉ™silÉ™ müraciÉ™t edÉ™ bilÉ™rlÉ™r.
Attestasiyadan uğurla keçmiş yoxlayıcılara Agentlik tərəfindən 5 il müddətinə qüvvədə olan attestat təqdim ediləcək.
- Tarix: 30 sentyabr 2025-ci il, saat 15:00 – 17:00
- Məkan: Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin inzibati binası
- Ünvan: Üzeyir Hacıbəyov küçəsi 84, Hökumət Evi, 7-ci qapı.
