EN

Azərbaycan nümayəndə heyəti İrəvanda - FOTO

İrəvanda bir sıra ölkələrin nümayəndələrinin iştirakı ilə NATO Parlament Assambleyasının iki günlük 108-ci "Rose-Roth" seminarı işə başlayıb.

News24.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Xəbərə görə, tədbirdə Azərbaycan və Türkiyədən olan nümayəndə heyətləri də iştirak edir.

Ermənistan parlamentinin Müdafiə və təhlükəsizlik daimi komissiyasının sədri Andranik Köçəryan da Azərbaycan və Türkiyə nümayəndə heyətlərinin iştirakını təsdiqləyib.

O bildirib ki, Azərbaycan nümayəndə heyətinin üzvü Məmmədov seminarda iştirak edəcək.

Xatırladaq ki, Azərbaycanın NATO PA-dakı nümayəndə heyətinin rəhbəri Ramid Namazov, üzvləri isə Kamran Bayramov, Tahir Mirkişili, Könül Nurullayeva və Samir Vəliyevdir. Yəni nümayəndə heyətində Məmmədov soyadlı şəxs yoxdur. (Axar.az) 


Chosen
39
6
news24.az

10Sources