EN

Bu şəxslərə ictimai nəqliyyatda güzəşt ediləcək

Yeni qaydaların əsas məqsədlərindən biri bütün avtobuslarda vahid, nağdsız ödəniş sisteminin tətbiqidir. Yalnız bu imkan tam təmin olunduqdan sonra təqaüdçülər, tələbələr və digər sosial kateqoriyadan olanlar üçün güzəştli gediş haqqı mexanizmlərinin tətbiqi mümkün olacaq.

Tribunainfo.az xəbər verir ki, bu sözləri Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev Avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşınması sahəsinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Fərmandan irəli gələn məsələlərə həsr edilən brifinqdə çıxışı zamanı deyib.

 

O qeyd edib ki, yeni qaydalar hər bir daşıyıcını sürətli şəkildə nağsız ödəniş sisteminə təşviq edəcək.

 

“Böyük sayda fərdi avtomobillərin şəhərə daxil olması sıxlıq, tıxac yaradır və bununla yanaşı şəhərin bir çox yerində ümumi hərəkətin intensivliyinə, ictimai nəqliyyatın hərəkətinə, mikromobillik vasitələrin təhlükəsiz sürüşlərinə maneə yaradır, ekoloji vəziyyəti pisləşdirir, səs kirliliyi artırır. Ödənişli hərəkət zonalarının tətbiqi sözügedən problemləri həll etməyə yönəlmiş beynəlxalq təcrübədir”,- deyə o bildirib.

Chosen
13
19
tribunainfo.az

10Sources