İranın azad bazarında dolların məzənnəsi 106 min tümən həddini keçərək, əvvəlki rekordu yeniləyib.
Gundem.az xəbər verir ki, bu haqda Tehran azad bazarındakı mənbələr məlumat yayıb.
Məlumata görə, sentyabrın 20-dən bu yana dolların qiyməti 3000 tüməndən çox artaraq, sentyabrın 22-i səhər saatlarında 106.260 tümənə çatıb.
Bildirilib ki, dolların bahalaşması tətik mexanizminin işə düşməsi və BMT-nin Tehrana qarşı sanksiyalarının geri qayıtması ehtimalının artması ilə bağlıdır.