EN

BMU İndoneziya universiteti ilə əməkdaşlıq edəcək

Bakı, 22 sentyabr, AZ\RTAC

Bakı Mühəndislik Universiteti (BMU) ilə İndoneziya Respublikasının Surabaya Dövlət Universiteti arasında görüş keçirilib.

BMU-dan AZƏRTAC-a bildirilib ki, onlayn formatda gerçəkləşən görüşdə beynəlxalq əlaqələr üzrə prorektor Ətrabə Gül iki ali məktəb arasında yaranan münasibətlərin, əməkdaşlıq addımlarının məmnunluq doğurduğunu bildirib. Universitetin akademik strukturu, tədqiqat yönümlü fəaliyyəti, tədris olunan ixtisaslar, beynəlxalq əlaqələr üzrə həyata keçirilən layihələr barədə ətraflı məlumat verən prorektor, həmçinin BMU-nun xarici ali məktəblərlə tələbə və müəllim mübadiləsi proqramlarını inkişaf etdirməkdə maraqlı olduğunu diqqətə çatdırıb.

İndoneziyanın Surabaya Dövlət Universitetinin professoru Lisa Lisdiana təmsil etdiyi ali məktəb haqqında geniş təqdimatla çıxış edib. Təqdimatda universitetin akademik potensialı, elmi-tədqiqat sahələri, tələbələrə və müəllimlərə təklif edilən beynəlxalq əməkdaşlıq imkanlarından geniş bəhs olunub.

Görüş zamanı iki universitet arasında əməkdaşlıq perspektivləri, xüsusilə tələbə mübadiləsi proqramlarının təşkili, birgə elmi-tədqiqat layihələrinin icrası və akademik təcrübə mübadiləsi məsələləri ətraflı müzakirə olunub. Tərəflər təhsilin keyfiyyətinin artırılması, tələbələrin və müəllimlərin beynəlxalq təcrübə qazanması, universitetlərarası əlaqələrin gücləndirilməsi məqsədilə əməkdaşlığın vacibliyini vurğulayıblar.

Sonda BMU və Surabaya Dövlət Universiteti arasında əməkdaşlığın inkişaf etdirilməsi və birgə layihələrin icrası barədə ilkin razılıq əldə olunub.

Chosen
31
5
azertag.az

6Sources