Lənkəran şəhər İcra Hakimiyyətinin keçirdiyi tenderin nəticəsi ləğv edilib.
Qeyd edilir ki, tenderin keçirilməsində məqsəd Lənkəranda abadlıq işləri və binalarda təmir işlərinin satın alınması olub. Bunun üçün İcra Hakimiyyətinin 1 milyon 543 min 29 manat vəsait ayrımağı nəzərədə tutduğu da qeyd edilir.
Tenderin ləğvinin səbəbi kimi, İcra Hakimiyyətinin bəzi qanunvericilik tələblərinin pozması göstərilir.
Xatırladaq ki, Lənkəranın icra başçısı Taleh Qaraşovdur.