Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) “Gədəbəy Mineral Suları” MMC -yə məxsus “Slavyanka” sularından kəskin qoxu gəlməsi ilə bağlı şikayətlərlə əlaqədar araşdırma başladıb.
News24.az xəbər verir ki, AQTA-dan “Gədəbəy Mineral Suları” MMC-də yoxlamalar aparıldığı bildirilib.
“Sulardan müvafiq nümunələr götürülüb və laborator analizlərə cəlb edilib. Analizlərin nəticələri bəlli olduqda ictimaiyyətə açıqlanacaq”.
Qeyd edək ki, sosial şəbəkədə istifadəçilərdən biri qeyd edib ki, “Slavyanka” sularının butulkasının qapağı açıldıqdan müəyyən müddət sonra sudan xoşagəlməz qoxu gəlir.
İstehlakçıların bəziləri bu problemin saxlama, daşınma şəraitindən, bəziləri də “Slavyanka” qablaşdırılmasının keyfiyyətsiz olmasından qaynaqlandığını bildirir.
Qeyd: Nizamnamə kapitalı 100 AZN, qeydiyyat ünvanı isə Gədəbəy rayonu, Zəhmətkənd kəndi olan MMC-nin qanuni təmsilçisi Ramil Calal oğlu Fərzəliyevdir. (Pravda.az)