EN

“Qarabağ”dan dəvət aldı, “Barselona” ilə müqavilə bağladı

“Barselona”nın “Juvenil B” komandasının düşərgəsində məşqlərə qoşulan İbrahim Babayevlə müqavilə imzalanmasından xəbərdarsız.

2008-ci il təvəllüdlü oyunçu Azərbaycan millisinin üzvüdür.

Yarımmüdafiəçi bundan əvvəl İsveçrə “Servett”ində oynayıb.

“Qarabağ“ da gənc istedadı sıralarına qatmaq istəyirmiş. Klubun təmsilçiləri İbrahimin özü və yaxınları ilə təmas qurub, təklifi onların diqqətinə çatdırıb.

Ağdam təmsilçisi onunla 4 illik müqavilə bağlamağa hazır olduğunu elan edib, fəqət, danışıqlar erkən bitib. Orta sahə oyunçusu Azərbaycana qayıtmaq istəmədiyini, gələcəyini “Barselona”da gördüyünü bildirib.

İbrahim Babayev kimdir? Məlumunuz olsun ki, yarımmüdafiəçi “Sumqayıt“ın prezidenti Riad Rəfiyevin yaxın qohumudur.

Bir qədər də dəqiqləşdirsək, o, “kimyaçılar“ın başqanının bacısı oğludur.

Yeniyetmə bu munasibətlərə görə İspaniyanın məşhur klubuna gedib çıxmayıb. “Barselona”nın skautları onu Bakıda keçirilən seçimlər zamanı görüb və bəyənib.

SPORTİRFO.AZ

Chosen
1
1
sportinfo.az

2Sources