EN

Rusiya lideri əmr elədi: Onları yaxından izləyin

Rusiya Prezidenti Vladimir Putin aidiyyəti qurumlara ABŞ-nin raket əleyhinə müdafiə komponentlərinin toplanılmasına və müvafiq qurğuların kosmosda yerləşdirilməsinə hazırlıqlara ciddi nəzarət etməyi əmr edib.

Teleqraf xəbər verir ki, o, bu barədə Rusiya Təhlükəsizlik Şurasının iclasında bildirib.

“Mən müvafiq qurumlardan Amerika tərəfinin, ilk növbədə, START arsenalı (strateji hücum silahları – red.) ilə bağlı müvafiq fəaliyyətlərini yaxından izləməyi davam etdirməyi əmr edirəm. Həmçinin ABŞ-nin raket əleyhinə müdafiə sistemlərinin strateji komponentlərinin genişləndirilməsi planlarına, o cümlədən kosmosda müvafiq qurğuların yerləşdirilməsinə hazırlıqlara da xüsusi diqqət yetirilməlidir”, - Putin bildirib.

Chosen
36
teleqraf.com

1Sources