EN

Çin: “Qəzza Fələstinin torpağıdır”

Çin Xalq Respublikasının Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi, Go Ciaqyun, İsrailin Qəzza Zolağında apardığı hərbi əməliyyatları dayandırması lazım olduğunu bildirərək, Qəzzanın Fələstin dövlətinin ayrılmaz bir hissəsi olduğunu açıqlayıb.

Go Ciaqyun, Fələstinin bir çox ölkələr tərəfindən tanınmasının ardından keçirdiyi mətbuat konfransında, “Qəzza Fələstin xalqına məxsusdur və Fələstinin ərazisinin ayrılmaz bir parçasıdır” deyə vurğulayıb. O, həmçinin, Çin’in hazırkı şəraitdə Qəzzada genişmiqyaslı atəşkəsin təmin edilməsini və humanitar böhranın yüngülləşdirilməsini çox vacib hesab etdiyini bildirib.

Çinli diplomat, ən qısa zamanda münaqişənin sona çatdırılması və qalıcı sülhün bərqərar olması məsələsinin həm Fələstin, həm də İsrail xalqının ümumi arzusu və Yaxın Şərq xalqları üçün ən aktual məsələ olduğunu qeyd edib.

Go Ciaqyun, həmçinin İsrail üzərində “xüsusi təsiri olan” ölkələrin öz öhdəliklərini yerinə yetirməli olduğunu vurğulayıb və “Fələstini fələstinlilər idarə etməlidir” və “iki xalq üçün iki dövlət” prinsipinin vacibliyini bildirib. Çin, Fələstin xalqının ədalətli mübarizəsini “qətiyyətlə dəstəkləyəcəyini” bir daha təsdiqləyib.

Xatırladaq ki, 21 sentyabr tarixində Avstraliya, Böyük Britaniya, Kanada və Portuqaliya hökumətləri Fələstin dövlətliliyini tanıdıqlarını elan ediblər.

Chosen
9
veteninfo.az

1Sources