EN

Mikayıl Cabbarov “Trendyol Group” şirkətinin prezidenti ilə görüşüb

Azərbaycan və Türkiyənin "Trendyol Group" şirkəti arasında iki ölkənin iqtisadi əməkdaşlığının yeni mərhələdə daha da dərinləşdirilməsi və ortaq layihələrin reallaşdırılması imkanları müzakirə olunub.

FED.az bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, nazir Mikayıl Cabbarov Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (AIIF-2025) çərçivəsində "Trendyol Group"un prezidenti Çetin Çağlayan ilə görüşüb.

Nazir bildirib ki, ölkəmizdə aparılan islahatlar biznes mühitinin yaxşılaşdırılmasına, rəqəmsal iqtisadiyyatın sürətlə inkişafına və xarici investisiyaların təşviqinə geniş imkanlar açır.

Görüşdə Azərbaycanın iqtisadi inkişaf prioritetləri, elektron ticarətin genişləndirilməsi, rəqəmsal həllərin tətbiqi və logistik infrastrukturun gücləndirilməsi məsələləri müzakirə olunub.

Görüş qarşılıqlı əməkdaşlığın daha da möhkəmləndirilməsi istiqamətində fikir mübadiləsi ilə davam edib.

Chosen
29
6
fed.az

8Sources