EN

Bakı Türk Anadolu Liseyinin yeni binası istifadəyə verilib

Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev və Türkiyə Respublikasının milli təhsil naziri Yusuf Tekin Bakı Türk Anadolu Liseyinin yeni tədris binasının açılış mərasimində iştirak ediblər. Bu barədə Elm və Təhsil Nazirliyi məlumat verib.

Tədbir Azərbaycan və Türkiyə dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb, milli folklor proqramı təqdim olunub.

Türkiyənin ölkəmizdəki səfiri Birol Akgün çıxışında Azərbaycan–Türkiyə münasibətlərinin qardaşlıq prinsiplərinə əsaslandığını və təhsil sahəsində əməkdaşlığın regionun intellektual inkişafına mühüm töhfə verdiyini vurğulayıb. O, yeni tədris binasının bu strateji əməkdaşlığın bariz nümunəsi olduğunu bildirib.

Türkiyə milli təhsil naziri Yusuf Tekin təhsilin xalqlar arasında birliyi gücləndirən vacib amil olduğunu qeyd edərək, Azərbaycanla birgə təhsil layihələrinin davamlı genişləndiyini vurğulayıb.

Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev çıxışında iki ölkə arasındakı etimadın və əməkdaşlığın gücləndiyini, yeni binanın bu əməkdaşlığın davamlılığını nümayiş etdirdiyini söyləyib.

Mərasim çərçivəsində xatirə ağacı əkilib, lentkəsmə mərasimi keçirilib və qonaqlar tədris binası ilə tanış olublar.

Chosen
14
7
anews.az

9Sources