
Azərbaycanda keçiriləcək III MDB Oyunlarında futbol yarışlarının püşkü atılıb.
Reyting.az xəbər verir ki, püşkatmanın nəticəsinə görə, 16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası A qrupunda Tacikistan və Qırğızıstan yığmaları ilə qarşılaşacaq.
B qrupunda isə Belarus, Rusiya və Özbəkistanın U-16 kollektivləri üz-üzə gələcəklər.
Qəbələ şəhər stadionunda təşkil olunacaq turnirdə 6 komanda iki qrupda mübarizə aparacaq. Qrup qalibləri finalda çempionu müəyyənləşdirəcəklər. Qruplarda ikinci yeri tutacaq komandalar 3-cü yer uğrunda matçda, üçüncülər isə 5-ci yer uğrunda görüşdə üz-üzə gələcəklər.
A qrupu
27 sentyabr
12:00. Tacikistan – Azərbaycan
29 sentyabr
14:00. Qırğızıstan – Tacikistan
1 oktyabr 14:00.
Azərbaycan - Qırğızıstan
B qrupu
27 sentyabr
14:00. Belarus – Rusiya
29 sentyabr
12:00. Belarus – Özbəkistan
1 oktyabr
12:00. Rusiya – Özbəkistan
3 oktyabr
12:00. 5-ci yer uÄŸrunda
14:00. 3-cü yer uğrunda
4 oktyabr 14:00. Final