Azərbaycanın "Improtex Group" şirkəti ilə Almaniyanın "MAN Truck & Bus" şirkəti arasında elektrikli avtobusların yığılması üzrə saziş imzalanıb.
Bu, Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (AIIF-2025) çərçivəsində baş tutub.
Sənədə iqtisadiyyat naziri Mikayıl Cabbarovun iştirakı ilə imza atılıb.