EN

Putin Qərbi hərbi güclə hədələdi və ABŞ-a ultimatum verdi

Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Moskva qarşı tərəfdən mümkün təhdidlərə hərbi güclə cavab verməyə hazırdır.

Editor.az xəbər verir ki, O bu fikirləri Rusiya Təhlükəsizlik Şurasının iclasında səsləndirib.

Putinin sözlərinə görə, Rusiya sözdə deyil, konkret “hərbi-texniki tədbirlər” vasitəsilə cavab verəcək. Dövlət başçısı nümunə olaraq, Moskvanın orta və qısa mənzilli yerüstü raketlərin yerləşdirilməsinə dair birtərəfli moratoriumdan imtina qərarını xatırladıb.

“Bu, məcburi addım idi və Avropada, eləcə də Sakit okean regionunda ABŞ və digər Qərb istehsalı olan silahların yerləşdirilməsi proqramlarına reaksiya olaraq atıldı”, – deyə Putin vurğulayıb.

//Samir Qurbanov, Editor.az

Chosen
55
editor.az

1Sources