EN

Macarıstan şirkətləri Qarabağın bərpasına investisiya yatırmağa hazırdırlar

Macarıstan şirkətləri Qarabağın bərpasına investisiya yatırmağa hazırdırlar.

Herbiand.az -ın məlumatına görə, bunu Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyinin dövlət katibinin müavini Katalin Bihari I Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (AIIF 2025) bildirib.

"Azərbaycanda həyata keçirdiyimiz əsas layihə energetika ilə bağlıdır. Lakin şirkətlərimiz həmçinin Qarabağın yenidən qurulması da daxil olmaqla infrastruktur layihələrinə investisiya yatırmağa hazırdırlar. Biz bu istiqamətdə tərəfdaş olmağımızdan qürur duyuruq", - K.Bihari vurğulayıb.

O qeyd edib ki, Macarıstan iqtisadiyyatının uğuru birbaşa ticarət və investisiya strategiyasından asılıdır və iqtisadi diplomatiya ölkənin xarici iqtisadi siyasətinin mərkəzindədir. Bundan əlavə, Macarıstan ixracın diversifikasiyası, kiçik və orta müəssisələrin beynəlxalq ticarətdə payının artırılması istiqamətində fəal işləyir.

K.Biharinin sözlərinə görə, ötən il Macarıstan Azərbaycana investisiya qoyan üçüncü ən böyük investor olub ki, bu da əhəmiyyətli nailiyyətdir.

Chosen
28
2
herbiand.az

9Sources