EN

Mikayıl Cabbarov: AIIF ənənəvi xarakter daşıyacaq

Bakivaxti portalından alınan məlumata görə, ain.az xəbər verir.

Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (AIIF-2025) ənənəvi xarakter daşıyacaq və onun hər ilin sentyabr ayında keçirilməsi nəzərdə tutulur.

Bakıvaxtı.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

"Biz hədəfləyirik ki, bu, həm ölkəmizin iqtisadiyyatına, həm də regionumuzda iqtisadi əməkdaşlığa yönəlmiş ənənəvi bir tədbir olsun", - deyə o qeyd edib.

Nazir forumun birinci günündə imzalanmış bir sıra vacib sənədlərlə bağlı da danışıb: "Onların arasında xüsusilə Bakı şəhərində Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) investorlarının həyata keçirəcəyi daşınmaz əmlak layihəsini xüsusi olaraq vurğulamaq istərdim. Bu, bir neçə milyard ABŞ dolları investisiya dəyəri olan bir layihədir. Bununla yanaşı, bölgəmizdə ilk dəniz suyunun duzsuzlaşdırılmasının həyata keçirən təsisatın yaradılması barədə Səudiyyə Ərəbistanını təmsil edən investisiya şirkəti ilə imzalanmış sənədləri xatırlatmaq istərdim".

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
8
6
bakivaxti.az

7Sources